...

Bakıda 6 ayda 6 prokuror məsuliyyətə cəlb edilib

Gündəm Materials 20 İyul 2022 16:02 (UTC +04:00)
Bakıda 6 ayda 6 prokuror məsuliyyətə cəlb edilib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin 6 ayı ərzində Bakı şəhərinin prokurorluq orqanlarının əməkdaşlarından əmək və icra intizamını pozan 6 nəfər intizam məsuliyyətinə cəlb edilib.

Trend-in məlumatına görə, bunu bakı şəhər Prokurorluğunda keçirilən əməliyyat müşavirəsində Bakı şəhər prokuroru Elşən Abbasov deyib.

O bildirib ki, onlardan 2 nəfərə töhmət, 1 nəfərə şiddətli töhmət verilib, 1 nəfərə irad tutulub, 1 nəfər tutduğu vəzifədən azad olunub, 1 nəfər prokurorluq orqanlarından xaric edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti