Bakı. Trend:
Tovuzdakı yarımstansiyanın ərazisindəki yanğına səbəb 6 kv-luq xəttə izolyasiyalı xəttə qızma nəticəsində izolyasiyalı kabelin yanması olub.
Bunu Trend-ə "Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Müstafayev məlumat verib.
"Qısa müddətdə yanğının qarşısı alınıb. Elektrik enerjisi təchizatı kəsilən bir neçə küçə ən qısa vaxtda alternativ xətlə elektrik enerjisi ilə təmin edilib" - deyə o bildirib.
Xatırladaq ki, Tovuz rayonunun Aşağı Öysüzlü kəndində yarımstansiyanın ərazisində 1 ədəd vakuum açarı və 10 p.m çıxış kabeli yanıb. Yarımstansiya yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.