...

Hərbi Hava Qüvvələrinin helikopter bölmələri ilə təlimlər keçirilib (VİDEO)

Gündəm Materials 19 Avqust 2022 11:35 (UTC +04:00)
Hərbi Hava Qüvvələrinin helikopter bölmələri ilə təlimlər keçirilib (VİDEO)

Bakı. Trend:

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlimlər keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlimin senarisinə uyğun olaraq bazalanma aerodromlarından uçuşlar edən helikopterlər poliqonlarda şərti düşmənin yer hədəflərini döyüş atışları ilə məhv ediblər.

Helikopter ekipajları tərəfindən təlimlər zamanı qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Xəbər lenti

Xəbər lenti