...

İtaliya sahillərində iki azərbaycanlı miqrant xilas edilib

Gündəm Materials 21 Avqust 2022 13:00 (UTC +04:00)
İtaliya sahillərində iki azərbaycanlı miqrant xilas edilib

Bakı. Trend:

İtaliyanın Salento yarımadasının sahillərində katamaranla səyahət edən 59 miqrant xilas edilib.

Trend İtaliya KİV-lərinə istinadən xəbər verir ki, miqrantları xilas edilməsi üçün İtaliyanın Qızıl Xaç Komitəsinin və Sahil Mühafizəsinin əməkdaşları cəlb edilib.

Katamaran yerli vaxtla səhər saat 6 radələrində Santa-Maria-di-Leuka limanına yanaşıb.

Məlumata əsasən, 59 miqrantdan 2-si Azərbaycan, 7-si Fələstin, 7-si Suriya, 18-i İraq, 25-i isə İrandan olub.

Miqrantlar müvəqqəti olaraq "Masseriya Qermi" mərkəzində yerləşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti