...

"ADEX 2022" sərgisində yerli minaatanlar nümayiş etdirilib (FOTO)

Gündəm Materials 6 Sentyabr 2022 15:23 (UTC +04:00)
"ADEX 2022" sərgisində yerli minaatanlar nümayiş etdirilib (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Müdafiə Sənayesi Nazirliyi Bakıda keçirilən "ADEX 2022" dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisində yerli minaatanlar nümayiş etdirib.

Trend-in məlumatına görə, 120 millimetrlik minaatan 43 saniyə ərzində 8 mina buraxmaq gücündədir. Mərmilərin atış məsafəsi 7 kilometrə çatır.

Bundan başqa, nazirlik daha kiçik kalibrli minaatanlar təqdim edib. Bu silahların atış məsafəsi 2-4 kilometr təşkil edir.

Minaatanlar 40, 60, 82, eləcə də 120 millimetrlik minalarla təmin oluna bilər.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti