...

Sərhəddə lazımi infrastruktur formalaşmayıb, bu da qurbanların sayını kəskin artırıb - Erməni deputat

Gündəm Materials 14 Sentyabr 2022 19:05 (UTC +04:00)
Sərhəddə lazımi infrastruktur formalaşmayıb, bu da qurbanların sayını kəskin artırıb - Erməni deputat
Elgün Mənsimov
Elgün Mənsimov
Bütün xəbərlər

Bakı. Trend:

Yeni sərhədlərdə lazımi infrastrukturlar formalaşmayıb, bu da qurbanların sayının kəskin artmasına səbəb olub.

Trend-in məlumatına görə, bunu Ermənistanın “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan deyib.

"Müharibədən sonrakı dövrdə biz cəbhə xəttinin çox sürətlə təchiz olunmasını, yeni zabitlər məsələsinin həll olunmasını, silah-sursat anbarlarının doldurulmasını müdafiə edəndə hökumət nəinki suallardan yayındı, əksinə, onlara məhəl qoymadı. Üstəlik, cəbhə xəttinin lazımi təchizatla təmin edilməsi döyüşün effektiv aparılmasına imkan verəcək və yerdəki döyüşçülərin təhlükəsizliyini təmin edəcəkdi. Yeni sərhədlərdə lazımi infrastrukturlar formalaşmayıb və ya çox natamam formalaşıb ki, bu da öz növbəsində qurbanların sayının kəskin artmasına səbəb olub", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti