...

Düşmən tərəfin media məlumatlarına qəti şəkildə istinad etmək olmaz - Ekspert

Gündəm Materials 15 Sentyabr 2022 15:42 (UTC +04:00)
Düşmən tərəfin media məlumatlarına qəti şəkildə istinad etmək olmaz - Ekspert
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Müharibə təkcə ön cəbhədə yox, həm də arxa cəbhədə, xüsusilə də sosial şəbəkələrdə və mediada gedir.

Bu sözləri Trend-ə informasiya texnologiyaları üzrə mütəxəssis Fərid Pərdəşünas deyib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə aqressiv rəylər yazmaqla, düşməni söyməklə informasiya müharibəsi aparmaq olmaz.

"Ümumiyyətlə, informasiya müharibəsində bəzi qaydalara əməl etməliyik. İnformasiya müharibəsinin iştirakçıları tutarlı arqumentlər gətirməyi bacarmalı, xarici dil bilməlidirlər. Buna görə də dövlət rəsmiləri, millət vəkilləri, diplomatlar, xaricdə olan səfirlik əməkdaşları, diaspor nümayəndələri paylaşımlarını və fikirlərini 3 dildə yayımlamalıdır. Xaricdə yaşayan, təhsil alan azərbaycanlılar aktiv şəkildə öz əhatəsində məlumat yayımı etməlidir. Sosial media platforması olaraq "Twitter" hesablarınızı yenidən aktivləşdirmək məqsədəuyğundur".

Ekspert qeyd edib ki, informasiya müharibəsində çox diqqətli olmalıyıq.

"Son vaxtlar insanlarımız arasında düşmən tərəfin media məlumatlarına istinad edənlərə də rast gəlirik. Buna qəti şəkildə yol vermək olmaz. Bundan başqa, sosial şəbəkələrdə nifrət nitqləri, müharibə çağırışları, hətta düşmən tərəfi alçaltmaq olmaz. Belə hallarda profiliniz bloklanacaq. Hərbi kalonların getdiyi istiqaməti çəkib sosial şəbəkələrdə yerləşdirmək olmaz".

Hazırda müşahidələrimiz onu deməyə əsas verir ki, düşmən tərəfindən ciddi kiberhücumlar yoxdur. Biz bütün erməni kiberqruplaşmaları izləyirik", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti