...

DTX-nin əməliyyatı zamanı Anar Kərimov ezamiyyətdə olub - Nazirlik

Gündəm Materials 2 Noyabr 2022 11:24 (UTC +04:00)
DTX-nin əməliyyatı zamanı Anar Kərimov ezamiyyətdə olub - Nazirlik
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində noyabrın 1-də keçirdiyi əməliyyat zamanı nazir Anar Kərimov ezamiyyətdə olub.

Bunu Trend-ə nazirliyin Mətbuat xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Nuridə Allahyarova bildirib.

“Noyabrın 1-də Anar Kərimov ezam səfərində olub. Bu gün isə işinin başındadır”

O qeyd edib ki, vəzifəli şəxsin ezam olunması həmin şəxsin işinin başında olması deməkdir.

"Çünki iş icrası təkcə inzibati binada olmur",- deyə N.Allahyarova bildirib.

Qeyd edək ki, DTX-nin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı nazirin birinci müavini Elnur Əliyev və nazirliyin Protokol şöbəsinin rəisi Kamil Rzayev istintaqa cəlb olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti