...

Dövlət Komitəsi Azərbaycanda İranın casus şəbəkəsinin ifşasına münasibət bildirib

Gündəm Materials 14 Noyabr 2022 12:18 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İran İslam Respublikası tərəfindən Azərbaycana qarşı dini mövqedən yönləndirilən təhdidlər yeni məsələ deyil. Biz bunu müstəqilliyimizin ilk illərindən hiss etməkdəyik.

Trend-in məlumatına görə, bunu noyabrın 14-də Beynəlxalq Tolerantlıq Günü münasibətilə “Azərbaycan: birgəyaşayış nümunəsi” mövzusunda konfrans çərçivəsində jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov deyib.

S.Heydərov vurğulayıb ki, buna qarşı aidiyyəti dövlət orqanları, o cümlədən xüsusi xidmət orqanları tərəfindən bu proses daim diqqət mərkəzində saxlanılır.

Onun sözlərinə görə, təcrübə göstərir ki, xaricdə dini təhsil almaq özünü doğrultmur. “Çünki həmin ölkələrdə verilən təhsil onların siyasətinə xidmət edir, orada təhsil alan insanlar da istər-istəməz yad dini ideologiyanın təsirinə məruz qalırlar. Artıq 2018-ci ildən Azərbaycanda İlahiyyat Universiteti fəaliyyət göstərir və bizim milli dini kadrlarımız formalaşır", - deyə o əlavə edib.

Son zamanlarda İran hökumətinə çalışan casus şəbəkələrinin ifşa edilməsi ilə bağlı sualı cavablandıran S.Heydərov qeyd edib ki, bu, həmişə olub.

"Azərbaycanda dini təhlükəsizlik məsələləri kifayət qədər diqqət mərkəzində saxlanılır. Lazım gəldikcə zəruri tədbirlər keçiriləcək", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti