...

Erməni silahlı birləşmələrinin qanunsuz fəaliyyətlərinin qarşısı Ordumuz tərəfindən alınıb - MN

Gündəm Materials 17 Noyabr 2022 19:18 (UTC +04:00)
Erməni silahlı birləşmələrinin qanunsuz fəaliyyətlərinin qarşısı Ordumuz tərəfindən alınıb - MN

Bakı. Trend:

Noyabrın 17-si saat 09:55-dən 14:45-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin üzvlərinin Ağdam və Xocalı rayonları ərazilərində döyüş mövqelərinin möhkəmləndirilməsi məqsədilə mühəndis tədbirləri icra etmələri Ordumuzun bölmələri tərəfindən müşahidə edilib.

Müdafiə Nazirliyindən (MN) Trend-ə verilən məlumata görə, bu kimi fəaliyyətlər Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli bəyanatın tələblərinin kobud şəkildə pozulmasıdır.

Həyata keçirilən qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə Ordumuzun bölmələri tərəfindən zəruri tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti