Bakı. Trend:
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu Türkiyə-Azərbaycan-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşündə iştirak etmək üçün Qazaxıstanın Aktau şəhərində gəlib.
Trend-in məlumatına görə, bu barədə nazir öz "Twitter" səhifəsində yazıb.
"Türkiyə-Azərbaycan-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin II görüşü üçün Qazaxıstanın Xəzər sahilindəki liman şəhəri Aktaudayıq", - deyə M.Çavuşoğlu bildirib.