...

Azərbaycanda qadın cəzaçəkmə müəssisəsində müasir standartlara uyğun şərait yaradılıb - BMT təmsilçisi

Gündəm Materials 25 Noyabr 2022 15:56 (UTC +04:00)
Azərbaycanda qadın cəzaçəkmə müəssisəsində müasir standartlara uyğun şərait yaradılıb - BMT təmsilçisi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda qadın cəzaçəkmə müəssisəsində müasir standartlara uyğun şərait yaradılıb.

Trend-in məlumatına görə, bunu bu gün Ədliyyə Nazirliyinin 4 saylı cəzaçəkmə müəssisəsində Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş “Gender bərbərliyinə nail olunmasında əsas çətinliklər” mövzusunda keçirilən tədbirdə Birləşmiş Millətlər Təşkialtının (BMT) Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva deyib.

O bildirib ki, azərbaycanlı məhbuslara çox yaxşı şərait yaradılıb: "17 aydır ki Azərbaycanda fəaliyyət göstərirəm. İlk dəfədir ki, buraya gəlirəm. Məhbusların peşə öyrənmələri üçün yaradılan şərait təqdirəlayiqdir. Mən qadın məhbuslar tərəfindən hazırlanan şirniyyatların dadına baxdım, onların əl işləri ilə tanış oldum. Bunlar qadın məhbusların cəzaçəkmə müəssisəsində vaxtını səmərəli keçirməsinə hesablanıb. Lakin bu peşələr cəza müddəti bitdikdən sonra yeni həyatlarında da onlara kömək olacaq.

Ombudsman ilə birgə 16 günlük təşkil edilən qadın zorakılığı ilə mübarizə tədbiri çərçivəsində buranı ziyarət etdik. Biz, eyni zamanda, Azərbaycanın 16 bölgəsinə səfər edəcəyik. Səfər çərçivəsində bölgələrdə olan qadınların fəaliyyət sahəsini genişləndirilməsinə çalışacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti