...

Qadın məhbusların cəmiyyətə yenidən adaptasiyası üçün zəruri şərait yaradılıb - Ombudsman

Gündəm Materials 25 Noyabr 2022 15:58 (UTC +04:00)
Qadın məhbusların cəmiyyətə yenidən adaptasiyası üçün zəruri şərait yaradılıb - Ombudsman
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Qadın məhbusların cəzaçəkmə müddəti bitdikdən sonra cəmiyyətə yenidən adaptasiyası üçün zəruri şərait yaradılıb.

Trend-in məlumatına görə bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş “Gender bərbərliyinə nail olunmasında əsas çətinliklər” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, qadın məhbuslar burada müxtəlif peşələri öyrənir, öyrəndikləri peşələr üzrə əl işlərini hazırlayırlar: "Bu əl işlərinin satışı həyata keçirilir və satışdan əldə edilən gəlirlə qadınlar öz ailələrinə maddi dəstək verə bilirlər. Düşünürəm ki, yaradılan bu şərait kifayət qədər humanitar addımdır və bu, qadın məhbusların özünüinkişafı üçün əhəmiyyətli rol oynayır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti