...

Azərbaycan Silahlı Qüvvələri peşəkarlıq və öz işinə sadiqlik nümayiş etdirir - NATO

Gündəm Materials 30 Noyabr 2022 12:56 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələri peşəkarlıq və öz işinə sadiqlik nümayiş etdirir - NATO
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Silahlı Qüvvələri peşəkarlıq və öz işinə sadiqlik nümayiş etdirir.

Trend-in məlumatına görə, bunu bu gün Bakıda "NATO günləri" çərçivəsində "SHAPE Partnerships Country Engagement" tərəfdaşlıq şöbəsinin rəisi, polkovnik İqor Tabulov-Truta deyib.

"Mən Azərbaycan Silahlı Qüvvələrini nümayiş etdirdikləri inkişafla bağlı təbrik etməliyəm. Qüvvələrin müxtəlif komponentləri bizim operativ potensial konsepsiyası mexanizmimiz sayəsində tam operativ bacarıqlara yiyələniblər". - deyə o bildirib.

İ.Tabulov-Truta əlavə edib ki, "NATO günləri" Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığı və məqsədyönlülüyünü görmək imkanı yaradıb.

"Azərbaycan NATO-nun güclü tərəfdaşı olmaqda davam edir. Onun NATO missiya və əməliyyatlarına töhfəsi hər zaman mühümdür", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti