Bakı. Trend:
7 dekabr 2022-ci il tarixində Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində İçərişəhəri ziyarət edib.
Trend xəbər verir ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə tərəfindən qarşılanan qonaqlar Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi və Yeraltı hamam ilə yaxından tanış olub, onlara abidələrin tarixi və memarlıq xüsusiyyətləri barədə geniş məlumat verilib.
Eyni zamanda, ekskursiya zamanı qonaqlar İçərişəhər Ənənəvi İncəsənət Mərkəzini ziyarət ediblər və onlara Mərkəzin “Dastan” brendindən xatirə hədiyyələri təqdim olunub.