...

Sülhməramlıların təminat avtomobilləri növbəti dəfə Laçın yolundan keçib (FOTO)

Gündəm Materials 23 Dekabr 2022 18:41 (UTC +04:00)
Sülhməramlıların təminat avtomobilləri növbəti dəfə Laçın yolundan keçib (FOTO)

Şuşa. Trend:

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Trend-in Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, ümumilikdə 12 avtomobil Laçından Xankəndi istiqamətində hərəkət edib.

Bu gün daha öncə isə 11 təminat avtomibili Laçın yolundan keçib.

Xatırladaq ki, dekabrın 4-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandan Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Xəbər lenti

Xəbər lenti