Bakı. Trend:
"Türk Dünyası" (Turkic.World) layihəsi çox dəyərlidir, bunun mənəviyyatla bir bağlantısı var.
Trend-in məlumatına görə, bunu "Albayrak Group"un Azərbaycandakı regional direktoru Harun Öncü İlahiyyat İnstitut ilə “TurkicWord” arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimində deyib.
O qeyd edib ki, hər kəsin mənəvi bir məqsədi olmalıdır.
“Biz dinimizi düzgün təbliğ etməliyik. Hər kəsin mənəvi bir məqsədi olmalıdır. İlahiyyatı, dini doğru olaraq öyrənmədiyimiz zaman bunu cəmiyyətə də doğru çatdırmayacağıq. Bu zaman da cahillər önə çıxıb cəmiyyəti başqa səmtə yönəldəcək”, - deyə o bildirib.
Harun bildirib ki, dinin cəmiyyətə doğru çatdırılması istiqamətində medianın rolu böyük əhəmiyyət daşıyır. “Bu baxımdan hesab edirəm ki, bu gün imzalanan sənəd cəmiyyətlərimiz, ölkələrimiz üçün vacibdir”, - deyə o əlavə edib.