...

Naxçıvanın o vaxtkı statusu zamanın tələbi idi - Zahid Oruc

Gündəm Materials 27 Dekabr 2022 12:36 (UTC +04:00)
Naxçıvanın o vaxtkı statusu zamanın tələbi idi - Zahid Oruc
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Vətən müharibəsində qələbədən sonra yeni struktur dəyişiklikləri, konstitusion islahatlar və Birinci Qarabağ savaşı dövrünün idarəçilik mirasının ləğvi daha da sürətlənib.

Trend xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.

O bildirib ki, Naxçıvanın o vaxtkı statusu zamanın tələbi idi, lakin indi Qələbədən sonra bütün ərazi vahidləri qanunverici orqan üzərindən deyil, ali icra hakimiyyəti tərəfindən birbaşa yönləndirilməlidir. "Ulu öndər Heydər Əliyev Naxçıvanı xilas etdi, çətin günlərdə qurub möhkəmləndirdi, lakin Zəfərdən sonra, mərkəzi dövlət orqanları ilə paralel nazirliklərin, komitələrin və nəhayət, əlahiddə ordu birləşməsinin paytaxt Bakıdan sahəvi qurumlardan idarə olunması Qars müqaviləsini gücləndirməklə yanaşı, çeviklik, şəffaflıq və hesabatlılığı təmin edəcək. Naxçıvan Ali Məclisinin ləğvi isə yalnız konstitusion dəyişikliklərlə mümkündür. Prezident İlham Əliyevin institusional və kadr dəyişiklikləri xalqımız tərəfindən rəğbətlə qarşılanır, çünki bütün hakimiyyət qollarını və ucqarları əhatə edir. Göründüyü kimi, xüsusi nümayəndəlik institutu işğaldan azad olunan torpaqların hüdudlarını aşır, ölkəmizin bütün coğrafiyasına tətbiq olunmaqla Azərbaycanı etnik-milli, ərazi və işğal faktoru ilə parçalayan çoxəsrlik tarixin mənfi ənənələrini aradan qaldırır. İndi növbə Xankəndinindir”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti