Bakı. Trend:
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Cəlayir kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, araşdırma zamanı onların Kürdəmir rayon sakinləri-Orxan Rəhimov, Bəhlul Cabbarov və Nazim Qənbərov olduqları müəyyən edilib. Həmin şəxslərdən “İJ” markalı ov tüfəngi və qanunsuz olaraq ovladıqları çöl quşları aşkarlanıb.
Faktla bağlı təhqiqat qrupunda araşdırma aparılır.