...

“Sədərək” ticarət mərkəzində baş verən yanğın söndürülüb - FHN (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)

Gündəm Materials 8 Yanvar 2023 22:56 (UTC +04:00)
“Sədərək” ticarət mərkəzində baş verən yanğın söndürülüb - FHN (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın tam söndürülüb.

FHN-dən Trend-ə verilən məlumata görə, yanğının mürəkkəbliyinə baxmayaraq, qüvvələrin əlaqəli və səmərəli tətbiqi, yanğınsöndürənlərin fədakarlığı sayəsində yanğının daha geniş sahəyə yayılmasına imkan verilməyib.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

xxx

21:57

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş tədbirlər sayəsində Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın məhdudlaşdırılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti