...

ABŞ Ukraynaya daha 2,5 milyard dollarlıq hərbi yardım paketi ayırıb

Gündəm Materials 20 Yanvar 2023 05:21 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb, onun həcmi 2,5 milyard dollara çatacaq Müvafiq memorandum cümə axşamı ABŞ prezidenti Co Bayden tərəfindən imzalanıb.

Trend-in məıumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

Öz növbəsində Pentaqon qeyd edib ki, yeni tranş çərçivəsində Vaşinqton Kiyevə 59 ədəd "Bradley" piyada döyüş maşını və onlarda quraşdırılmış "TOW" tank əleyhinə raket sistemləri üçün 590 raket, həmçinin 295 min ədəd 25 mm çaplı sursat verəcək.

Bundan əlavə, paketə 90 ədəd "Stryker" zirehli maşını, səkkiz "Avenger" hava hücumundan müdafiə sistemi, "NASAMS" zenit-raket kompleksləri üçün əlavə döyüş sursatları və "HIMARS" çoxsaylı buraxılış raket sistemləri, "HARM" antiradar raketləri daxildir.

Cari tranşın çərçivəsində ABŞ, həmçinin Kiyevə "Claymore" piyada əleyhinə minalar, 3 milyondan çox kiçik silah sursatları, təxminən 2000 tank əleyhinə raketlər və bəzi digər hərbi texnika və avadanlıqlar verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti