...

Bayden Ukraynaya "Abrams" tanklarını göndərmək qərarını açıqlayacaq

Gündəm Materials 25 Yanvar 2023 02:53 (UTC +04:00)
Bayden Ukraynaya "Abrams" tanklarını göndərmək qərarını açıqlayacaq

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden Ukraynaya "Abrams" tankları tədarük etmək qərarını açıqlayacaq.

Trend-in məlumatına görə, bu barədə "Al Jazeera" televiziya kanalı Amerika administrasiyasının adı açıqlanmayan nümayəndəsinə istinadən xəbər verib.

"Prezident Bayden "Abrams" tanklarının Ukraynaya çatdırılması qərarını sabah çərşənbə günü açıqlayacaq", - deyə bildirilib.

Yanvarın 24-də “Wall Street Journal” öz mənbələrinə istinadən yazıb ki, ABŞ administrasiyası xeyli sayda “Abrams” tanklarının Ukraynaya verilməsi barədə düşünür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti