Bakı. Trend:
Bakıda tıxac problemi ən aktual məsələlərdən biridir. Hesab edirəm ki, bu məsələ ilə bağlı Milli Məclisdə müvafiq qurumlarla birgə dinləmələrin keçirilməsi vacibdir.
Trend-in məlumatına görə, bunu deputat Fatma Yıldırım Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, tıxaclar həm ekologiyaya, həm də insan sağlamlığına ziyandər vurur.
“Tıxaclarla bağlı müvafiq qurumların nümayəndələri ilə birgə dinləmələr keçirməyi təklif edirəm. Biz bu problemdən çıxış yollarını tapmalıyıq. Eyni zamanda, insanlar arasında ictimai nəqliyyatdan istifadəni təşviq etməliyik”, - deyə deputat əlavə edib.