...

Gürcüstan müsəlmanları Azərbaycan səfirliyinə qarşı terror aktını hiddətlə pisləyib

Gündəm Materials 27 Yanvar 2023 18:53 (UTC +04:00)
Gürcüstan müsəlmanları Azərbaycan səfirliyinə qarşı terror aktını hiddətlə pisləyib

Bakı. Trend:

Gürcüstandakı müsəlmanların dini liderləri Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktını qətiyyətlə qınayıblar.

Trend-in məlumatına görə, bu barədə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin adından yayılmış bəyanatda bildirilib. “Hadisə zamanı şəhid olan təhlükəsizlik xidməti əməkdaşına Allahdan rəhmət diləyirik! Şəhid zabitin ailəsinə və yaxınlarına başsağlığı veririk. Terror hücumunu törədən və ya törədənlər tez zamanda məsuliyyətə cəlb olunaraq ən sərt şəkildə cəzalandırılmalıdır!”- deyə bəyanatda qeyd olunub.

Umumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin rəhbəri Seyid Mirtaği Əsədov və Gürcüstan İslam Araşdırmalar Mərkəzinin rəhbəri Fariz Rəcəbov Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı edilmiş terror hadisəsini kəskin şəkildə qınayaraq səbəbkarların cəzalanmasını tələb edib, şəhid olmuş səfirlik əməkdaşına Allahdan rəhmət diləyiblər.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terro hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti