...

Həlak olan hərbi qulluqçuların valideynləri Paşinyanı satqınlıqda günahlandırıblar (VİDEO)

Gündəm Materials 28 Yanvar 2023 11:45 (UTC +04:00)

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan nazirlərin və hakim fraksiya deputatlarının müşayiəti ilə "Yerablur" hərbi panteonunu ziyarət edib.

Trend bu barədə erməni KİV-inə istinadən məlumat verir.

Həlak olmuş hərbi qulluqçuların valideynləri Nikol Paşinyanı "türk", "ermənilərin qatili", "satqın" adlandıraraq qarşılayıblar. Onlar həmçinin, qışqıraraq müxtəlif təhqiramiz sözlər deyiblər.

Ordu Gününə həsr olunmuş tədbirin 44 günlük müharibədən sonra "Yerablur"da Nikol Paşinyanın iştirak etdiyi bütün tədbirlər kimi KİV üçün qapalı olduğu qeyd edilir.

Ərazi çoxlu sayla polis və xüsusi təyinatlılar tərəfindən mühafizə olunur. Hətta panteonun aşağı hissəsində avtobuslarda çoxlu sayda polis dayanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti