...

Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını gətirməli olan təyyarənin uçuş vaxtı təxirə salındı (ƏLAVƏ OLUNUB) (FOTO)

Gündəm Materials 29 Yanvar 2023 19:20 (UTC +04:00)
Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını gətirməli olan təyyarənin uçuş vaxtı təxirə salındı (ƏLAVƏ OLUNUB) (FOTO)

Bakı. Trend:

Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını Bakıya gətirməli olan təyyarənin uçuş vaxtı 22:00-a qədər təxirə salınıb.

Trend-in əldə etdiyi məlumata görə, buna səbəb isə İran tərəfinin tələbi olub.

XXX
Saat: 18.20

Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları Bakıya gətirilir.

Trend-in məlumatına görə, şəhid Orxan Əsgərovun cənazəsi də ölkəyə gətirilir.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Xəbər lenti

Xəbər lenti