...

Paraqvay Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib

Gündəm Materials 30 Yanvar 2023 04:43 (UTC +04:00)
Paraqvay Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib

Bakı. Trend:

Paraqvay hökuməti Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyir.

Trend-in məlumatına görə, bu barədə Paraqvay Xarici İşlər Nazirliyi öz "Twitter" səhifəsində yazıb.

"Paraqvay hökuməti Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyir, bu hərəkətlərin qəbuledilməz olduğunu bildirir, qurbanın ailəsinə başsağlığı verir, yaralıların tezliklə sağalmasına və faktların operativ şəkildə aydınlaşdırılmasına ümid edir", - deyə nazirlik bildirib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti