...

Laçın yolundan sülhməramlılara məxsus üç avtomobil keçib

Gündəm Materials 3 Fevral 2023 11:31 (UTC +04:00)
Laçın yolundan sülhməramlılara məxsus üç avtomobil keçib

Şuşa. Trend:

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın yolundan keçib.

Trend-in Şuşaya ezam olunan müxbiri xəbər verir ki, 2 yük və bir minik avtomobili Laçından Xankəndiyə maneəsiz keçid edib.

Bu gün daha əvvəl də 4 yük avtomobili Laçın yolundan keçib.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 54 gündür davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti