...

Bakıda tanışını qətlə yetirən şəxs 19 il azadlıqdan məhrum edildi

Gündəm Materials 6 Fevral 2023 16:54 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən İlham Xanlarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə İ.Xanlarov 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyununda paytaxtın Sabunçu rayonunda baş verib.

19 yaşlı İ.Xanlarov şəxsi münasibətlər zəminində Sübhan Cəfərovu qətlə yetirib.

İ.Xanlarova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti