...

Azərbaycanın Kahramanmaraşdakı mobil səhra hospitalında 215 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib (FOTO/VİDEO)

Gündəm Materials 13 Fevral 2023 14:32 (UTC +04:00)
Azərbaycanın Kahramanmaraşdakı mobil səhra hospitalında 215 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib (FOTO/VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalı zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyət göstərir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, mobil səhra hospitalında ötən günlər ərazində 215 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.

Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalı fasiləsiz fəaliyyətini davam etdirir.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin, Türkiyədə bir həftəlik matəm elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti