...

Bələdiyyə sədrinin qanunsuz əməllərinə dair cinayət işi məhkəməyə göndərilib

Gündəm Materials 15 Fevral 2023 17:15 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verildiyi kimi, Cəlilabad rayon Privolnoye bələdiyyəsinin sabiq sədri Qəmbər Məmmədovun qanunsuz hərəkətləri ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.

İstintaqın gedişində Qəmbər Məmmədovun vəzifədə olduğu 2015-2022-ci illər ərzində vəzifə səlahiyyətlərindən sui istifadə edərək rəsmi sənədləri saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Qəmbər Məmmədova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Cəlilabad rayon Məhkəməsinə göndərilib.

Xəbər lenti

Xəbər lenti