Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət və digər xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Rəhimoba kəndində səyyar qəbul keçirib.
Qəbulda Hülövlü İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə
daxil olan Hülövlü, Bəyqışlaq, Canaxır, Qaradağ Buduq, Qaradağlı,
Qobuqıraq, Mehrəliqışlaq, Mürsəliqışlaq, Rəhimoba və Ustacəlilli
kəndlərinin sakinləri iştirak edib.
Sakinlərin fərdi qaydada müraciət və təklifləri dinlənilib.
Müraciətlər su, qaz, işıq, internet və digər sosial məsələlərlə
bağlı olub.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.