...

Abşeron rayonunda şəhid ailələri Novruz bayramı günlərində ziyarət edilib (FOTO)

Gündəm Materials 21 Mart 2023 10:42 (UTC +04:00)
Abşeron rayonunda şəhid ailələri Novruz bayramı günlərində ziyarət edilib (FOTO)

Bakı. Trend:

Xalqımızın müqəddəs bayramı olan Novruz bayramı günlərində şəhidlərimizin məzarları və şəhid ailələri ziyarət olunmuşdur. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə Vətən müharibəsi şəhidlərinin, o cümlədən 2022-ci ilin sentyabr ayında düşmənin növbəti hərbi təxribatlarının qarşısını alarkən qəhrəmanlıq göstərmiş şəhidlərimizin məzarlarını ziyarət etmiş, onların ruhuna dualar oxuyaraq, əziz xatirələri hörmətlə yad etmişlər. Daha sonra şəhidlərimizin ailə üzvlərinə baş çəkmiş, şəhid ailələrinin qayğıları və problemləri ilə maraqlanmışlar.

Ziyarət və görüşlərdə Azərbaycanın döyüş meydanında qazandığı qələbədən sonra tarixi torpaqlarımızda həyata keçirilən quruculuq-abadlıq işlərindən danışılmış, Silahlı Qüvvələrimizin qarşıya qoyulmuş bütün vəzifələrə çatmaq gücündə olması qeyd edilmişdir. Bildirilmişdir ki, artıq üçüncü dəfədir Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqımıza Novruz təbriklərini doğma Qarabağ diyarından səsləndirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bayram təbrikində qeyd etmişdir ki, biz öz haqqımızı, öz hüquqlarımızı döyüş meydanında bərpa etmişik. “44 gün ərzində mənfur düşməni torpaqlarımızdan qovduq və Qarabağda Azərbaycan Bayrağını ucaltdıq. Bu, çoxəsrlik Azərbaycan tarixinin ən parlaq səhifəsidir. Qırx dörd gün ərzində Azərbaycan xalqı ordumuzun arxasında dayaq kimi, yumruq kimi birləşdi. Biz işğal edilmiş torpaqları qan tökərək azad etdik”.

Şəhid ailələri də öz növbələrində dövlət tərəfindən onlara daima diqqət və qayğının göstərildiyini, bu qayğını da həyatlarının hər bir anında hiss etdiklərini qeyd edərək buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti