...

Kriptovalyuta şirkətindən rekord "Bitcoin" istehsalı

Gündəm Materials 5 Aprel 2023 09:55 (UTC +04:00)
Kriptovalyuta şirkətindən rekord "Bitcoin" istehsalı
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Kriptovalyuta şirkəti “Marathon Digital” ilin birinci rübünə dair məlumatlarını açıqlayıb.

Trend-in məlumatına görə, “Marathon” mart ayında "Bitcoin" istehsalını 21 faiz artırıb və 825 BTC istehsal edib. "Bitcoin" istehsalı ilin ilk rübündə 41 faiz artaraq 2195 BTC ilə rekord qırıb. Birinci rübdə hash dərəcəsi 64 faiz artaraq 11,5 EH/s təşkil edib.

“Marathon”, təxminən 24 milyon dollar dəyərində 850 "Bitcoin" (BTC) istehsal edərək mart ayında öz rekordunu qırıb. Yanvar ayından etibarən yüksəlişdə olan bitkoin mədən sənayesinə də müsbət təsir edir.

Birinci rüb üçün şirkətin təxminən 125 milyon dollar pul və nağd pul ekvivalenti və 326,5 milyon dollar ekvivalenti olan 11 466 BTC var. Bildirilib ki, bütün "Bitcoin" aktivləri məhdudiyyətsiz vəziyyətdədir.

“Marathon” mart ayında 750 BTC satdığını açıqladı. Şirkət daha çox BTC satmağı planlaşdırır. Satışdan əldə olunan gəlirlə xəzinədarlığın idarə edilməsinə və əməliyyatlara dəstək verilməsi planlaşdırılır. “Marathon” 2023-cü ilin ortalarına qədər tutumunu 23 EH/s-ə çatdırmağı hədəfləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti