Bakı. Trend:
Ani mesajlaşma proqramları vasitəsilə vətəndaşlara məşhur şirkətlərin adından iş təklifləri göndərilir və saxta keçidlər vasitəsilə fərdi məlumatlarını, əsasən də, bank kartı məlumatlarını daxil etmələri tələb olunur.
Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə vədlərə inanmamağı, saxta keçidlər vasitəsilə fərdi məlumatlarını daxil etməməyi tövsiyə edir.