...

“Instagram” bir gündə 44 milyon mavi işarə sataraq rekord gəlir əldə edib

Gündəm Materials 8 Aprel 2023 12:33 (UTC +04:00)
“Instagram” bir gündə 44 milyon mavi işarə sataraq rekord gəlir əldə edib
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Sosial şəbəkələrdə təsdiqləmə kimi tanınan və mavi işarə ilə təmsil olunan funksiyanın pullu olması yeni trend yaradıb. “Twitter”-dən sonra “Instagram”-ın ödənişli mavi işarə funksiyasına keçməsi satışları artırıb.

Trend-in məlumatına ötən həftələrdə başlayan ödənişli mavi işarə proqramında veb tətbiqi üçün $11.99, mobil üçün $14.99 üçün aylıq abunə tələb olunur. Müəyyən sənədləri təqdim etdikdən sonra 18 yaşdan yuxarı istifadəçilər mavi işarə almaq hüququ qazanırlar.

Yalnız bir gündə 44 milyon mavi işarə satıldığı və 660 milyon dollar gəlir əldə edildiyi bildirilir. Təsdiq nişanının status simvoluna çevrilməsinin buna böyük təsiri var. Bu günə qədər mavi işarə tanınmış profillərə verilirdi. İndi hər bir ödəniş edən istifadəçi onu əldə edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti