...

Türkiyə vitse-prezidenti Ərdoğanın səhhəti barədə danışıb

Gündəm Materials 27 Aprel 2023 00:40 (UTC +04:00)
Türkiyə vitse-prezidenti Ərdoğanın səhhəti barədə danışıb

Bakı. Trend:

Türkiyənin vitse-prezidenti Fuat Oktay Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səhhətindən danışıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, Fuat Oktay qeyd edib ki, dövlət başçısının yüngül soyuqdəyməsi olub.

"Prezidentimizin səhhəti çox yaxşıdır. Daimi əlaqə saxlayırıq. Onun yüngül soyuqdəyməsi olub", - deyə F.Oktay bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti