...

"Elmi-tədqiqat üzrə fəaliyyətin birgə həyata keçirilməsinə dair əməkdaşlıq memorandumunun imzalanması" mərasimi keçirilib (FOTO) (YENİLƏNİB)

Gündəm Materials 27 Aprel 2023 16:44 (UTC +04:00)
"Elmi-tədqiqat üzrə fəaliyyətin birgə həyata keçirilməsinə dair əməkdaşlıq memorandumunun imzalanması" mərasimi keçirilib (FOTO) (YENİLƏNİB)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. trend:

"Elmi-tədqiqat üzrə fəaliyyətin birgə həyata keçirilməsinə dair əməkdaşlıq memorandumunun imzalanması" mərasimi keçirilib.

Trend xəbər verir ki, sənədi Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Fizika İnstitutunun baş direktoru Arif Həşimov, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitunun baş direktoru İradə Hüseynova, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanov, Akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru Dilqəm Tağıyev, Radiasiya Problemləri İnstitutunun baş direktoru İslam Mustafayev imzalayıblar.

Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttərova, nazirliyə tabe institutların rəhbərləri, ali təhsil müəssisələrinin rəhbərləri və digər qonaqlar iştirak ediblər.

Elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, universitetlər və elmi-tədqiqat insitutları bir-biri ilə əlaqəli fəaliyyət göstərmir. Vaxtilə ali təhsil müəssisələri bəlli bir maliyyələşmə təfəkküründə olub.

“ Həmin təfəkkür universitetlərin tədqiqat aparmasına maneə yaradıb. Universitetin strukturu belə tədqiqat aparmağa imkan vermir. Mahiyyət tamamilə tələbə sayını artırmağa yönəlib. Elmi-tədqiqat institutlarının tədqiqatlarından əldə edilən nəticə ölkəyə bir o qədər də fayda vermir”,- deyə nazir əlavə edib.

"Universitetlər üzərindən institutların maliyyələşdirilməsi mexanizminin tətbiqinə başlanılacaq. Bu ilin sentyabrından bu mexanizm tətbiq olunacaq. Hesab edirik ki, bu növbəti illərdə institutların inkişafına və universitetlərin elmi-tədqiqatlarının genişlənməsinə gətirib çıxaracaq. Beləliklə, layihə təqdim edən alimin əməkhaqqı artacaq, əks halda isə sabit qalacaq",- deyə nazir bildirib.

AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev bildirib ki, xaricdə təhsil proqramları var. Bunun elmi tədqiqatlar üçün də modelini tapmalıyıq. Gənclərimizin xaricdə gedib elmi tədqiqatlarda iştirak etmələri üçün qrant ayrılmalıdır.

O qeyd edib ki, alimlərə elə vəsait ayrılmalıdır ki, onlar sadəcə elmi tədqiqatlar yönəlsinlər.

"Onu da qeyd edim ki, dünyanın nüfuzlu elmi jurnallarında məqalə çap etdirmək çox çətindir. Məsələn, bizim iki il əvvəl bir məqaləmiz var idi. Göndərdik ki, çap etsinlər. Bütün instansiyalardan keçsə də, sonda 1400 İsveçrə frankı pul istədilər",- deyə D.Tağıyev əlavə edib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti