...

Anar Kərimova İSESCO-da vəzifə verilib

Gündəm Materials 17 May 2023 16:58 (UTC +04:00)
Anar Kərimova İSESCO-da vəzifə verilib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın sabiq mədəniyyət naziri Anar Kərimova vəzifə verilib.

Trend-in məlumatına görə, o, ISESCO-nun Tərəfdaşlıq və Beynəlxalq Əməkdaşlıq sektorunun müdiri təyin edilib.

Qeyd edək ki, 23 may 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Anar Kərimova ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib və o, Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilib.

Anar Kərimova 9 iyul 2019-cu ildə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilmişdir. 20 iyul 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Anar Kərimov Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin olunub, eyni zamanda ona mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətləri verilib. Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə mədəniyyət naziri vəzifəsinə təyin olunub və 22 dekabr 2022-ci tarixli Sərəncamı ilə bu vəzifədən azad edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti