...

Zəngilan və Cəbrayıl istiqamətində itkin düşənlərin qalıqlarının tapılması istiqamətində tədqiqat işlərinə başlanacaq - Akif Quliyev

Gündəm Materials 24 May 2023 12:51 (UTC +04:00)
Zəngilan və Cəbrayıl istiqamətində itkin düşənlərin qalıqlarının tapılması istiqamətində tədqiqat işlərinə başlanacaq - Akif Quliyev
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Zəngilan və Cəbrayıl istiqamətində itkin düşmüş şəxslərin qalıqlarının tapılması istiqamətində tədqiqat işlərinə başlanacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi katibi Akif Quliyev deyib.

O bildirib ki, mayın 3-dən 17-dək aparılan tədqiqat işləri çərçivəsində Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində aşkar edilmiş skeletlər üzərində laborator analizlər aparılır.

"4 minə yaxın itkin düşən şəxs var və 15 min insandan müvafiq analizlər götürülüb. Həmin analizlərə əsasən aşkarlanan sümüklər uyğunlaşdırılır. Hazırda mina təhlükəsi ilə əlaqədar ərazidə mina təmizləmə işləri aparılır. İşlər bitdikdən sonra iyunda tədqiqatlarımıza davam edəcəyik. Yenidən Füzulidə, daha sonra isə Cəbrayıl və Zəngilan istiqamətində axtarışlar aparılacaq".

Qeyd edək ki, Bakıda "Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər" mövzusunda ilk beynəlxalq konfrans keçirilir. Konfrans Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkil edilib. Konfransın əsas müzakirə mövzusu I Qarabağ müharibəsində itkin düşənlərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti