...

Türkiyədəki prezident seçkilərinin nəticələri daha tez açıqlana bilər - Ali Seçki Şurası

Gündəm Materials 28 May 2023 11:48 (UTC +04:00)
Türkiyədəki prezident seçkilərinin nəticələri daha tez açıqlana bilər - Ali Seçki Şurası
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu zaman qədər seçki prosesində heç bir problem yaşanmayıb. Vətəndaşlar ilk turda olduğu kimi ikinci turdada iştirak sayı çoxdur.

Trend-in məlumatına görə, bu barədə seçkidə iştirakından sonra jurnalistlərə açıqlamasında Türkiyə Ali Seçki Şurasının sədri Ahmet Yener deyib.

"Vətəndaşların iştirakı ilk turda olduğu kimi ikinci turdada çoxdur. Bu seçim yalnızca prezident seçkisi olduğu nəticələr daha tez açıqlana bilər", - deyə A.Yenər əlavə edib.

Qeyd edək ki, bu gün Türkiyə vətəndaşlarının ikinci tur prezident seçkiləri üzrə səsverməsi başlayıb.

Səsvermə prosesi Bakı vaxtı ilə saat 09:00-dan 18:00-a qədər davam edəcək.

Türkiyə vətəndaşları Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan və Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu arasında seçim edəcəklər.

Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib. Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,52%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,88 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,43% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50%-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti