Bakı. Trend:
“Microsoft”un reklam və veb xidmətlərinin rəhbəri Mikhail Parakhin üçüncü tərəf veb brauzerləri üçün “Bing Chat” dəstəyini sınaqdan keçirdiklərini açıqlayıb.
Trend-in məlumatına görə, hazırda bazarın 78 faizinin “Google Chrome” və “Apple Safari” istifadə etdiyini nəzərə alsaq, bu addım “Bing”in populyarlığı üçün çox vacibdir.
Bundan əlavə, “Microsoft” “Bing Chat” təcrübəsi üçün bir sıra təkmilləşdirmələr təklif etdiyini bildirib. Gündəlik söhbət limiti 200-dən 300-ə qədər, hər sessiyada sual vermək limiti 20-dən 30-a qaldırılıb. Bu isə istifadəçilərə gün ərzində daha çox əlaqə saxlamağa imkan verəcək.