...

DYP moped sürücülərinə müraciət etdi

Gündəm Materials 31 İyul 2023 14:12 (UTC +04:00)
DYP moped sürücülərinə müraciət etdi
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Daxili işlər nazirliyinin (DİN) Baş Dövlət Yol Polis İdarəsi moped sürücülərinə müraciət edib.

Trend xəbər verir ki, müraciətdə deyilir:

"Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə edilmiş əlavə və dəyişiklik sabahdan etibarən qüvvəyə minir. Dəyişikliyə əsasən mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin qeydiyyatdan keçməməsi sabahdan etibarən inzibati məsuliyyət yaradacaq.

Eyni zamanda, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan mexaniki nəqliyyat vasitələrini idarə edən şəxslərdən “A1” altkateqoriyalı sürücülük vəsiqəsi tələb olunacaq.

Bir daha sürücülərdən mövcud qanunvericiliyin tələblərinə ciddi riayət etmələri xahiş olunur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti