...

Cəbrayılda minatəmizləmə işləri zamanı partlayış olub, bir nəfər xəsarət alıb

Gündəm Materials 25 Avqust 2023 12:16 (UTC +04:00)
Cəbrayılda minatəmizləmə işləri zamanı partlayış olub, bir nəfər xəsarət alıb
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 25-də saat 10 radələrində Cəbrayıl rayonu Hüseynalılar kəndi ərazisində minatəmizləmə işləri aparılarkən mərmi alışdırıcısının partlaması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Trend-ə bildirilib ki, hadisə nəticəsində 1999-cü il təvəllüdlü Qasımov Həbib əlindən xəsarət alıb. O xəstəxanaya çatdırılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti