...

ABŞ “Titanik”dən obyektlərin qaytarılması üzrə ekspedisiyanı dayandırmaq üçün məhkəməyə müraciət edəcək

Gündəm Materials 1 Sentyabr 2023 16:19 (UTC +04:00)
ABŞ “Titanik”dən obyektlərin qaytarılması üzrə ekspedisiyanı dayandırmaq üçün məhkəməyə müraciət edəcək
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Amerika Birləşmiş Ştatları hökuməti “Titan” sualtı aparatının “Titanik” yaxınlığında partlaması və nəticədə, beş sərnişinin həlak olmasından iki ay sonra “RMS Titanic” Şimali Amerika şirkəti tərəfindən gələn ilin may ayına planlaşdırılan “Titanik”in qalıqlarının toplanması məqsədi daşıyan ekspedisiyanı dayandırmaq üçün hüquqi tədbirlər görür.

Trend xəbər verir ki, iki vəkil gəmi qəzası ilə bağlı yurisdiksiyaya malik olan və 1994-cü ildə adıçəkilən şirkətə "Titanik qalıqlarını toplamaq hüququ" verən Virciniya ştatının Norfolk federal məhkəməsinə ərizə ilə müraciət edib.

O vaxtdan bəri şirkət Şimali Atlantikanın dibindəki qəza yerindən gümüş qablardan tutmuş gövdə parçasına qədər çoxlu əşyalar qaldırıb və onlardan ibarət bir neçə sərgi təşkil edib.

Təqdim olunan mətndə ABŞ hökuməti bildirir ki, “Titanik”ə giriş federal qanunvericiliklə tənzimlənir ki, bu məsələyə 1912-ci il fəlakətinin qurbanları olan 1500-dən çox insanın dəfn olunduğu batan gəminin "böyük abidə" kimi qiymətləndirilməsi barədə Böyük Britaniya ilə imzalanmış saziş də daxildir. Hökuməti narahat edən məsələlər arasında artefaktların və hələ də suyun altında ola biləcək hər hansı insan qalıqlarının mümkün zədələnməsi yer alır.

"RMST-nin qəbul edilmiş bu federal qanuna məhəl qoymamaq haqqı yoxdur", - deyə ABŞ hüquqşünasları bildirirlər. "Şirkət hesab edir ki, ABŞ-nin dairə məhkəməsindən başqa heç bir tərəfin razılığını istəmədən və almadan qəza yerində xilasetmə əməliyyatlarını davam etdirmək hüququna malikdir", - deyə şirkətin vəkili “New York Times”a bildirib.

2020-ci ildə “RMS Titanic” Atlantik okeanının sularında batmazdan əvvəl gəmidən qəza siqnallarını ötürən Markoni teleqrafını qaytarmağa çalışacağını elan edib. "Hökumət Virciniya məhkəməsinə apellyasiya şikayəti verib, lakin işə baxan hakim “RMST”ə icazə verib, çünki bu, tarixi bir əsərdir və köhnəlməsi səbəbindən tezliklə əbədi olaraq itirilə bilər", - deyə “New York Post” qəzeti xəbər verir.

Ekspedisiya koronavirus pandemiyası səbəbindən dayandırılmışdı.

“Titan” sualtı gəmisinin batmasından bir neçə gün əvvəl şirkət federal hökumətin icazəsi olmadan məhkəməyə müraciət edib. “RMS Titanic” indi qanuna riayət etməli və Ticarət Nazirliyindən icazə istəməlidir. Hələlik məhkəmə qərar verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti