...

30 il əvvəl Füzulidə itkin düşən şəxs Ağstafada dəfn olunub (FOTO) (YENİLƏNİB)

Gündəm Materials 11 Sentyabr 2023 16:22 (UTC +04:00)
30 il əvvəl Füzulidə itkin düşən şəxs Ağstafada dəfn olunub (FOTO) (YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

30 il əvvəl Füzuli rayonunda itkin düşən Əsəd Məmməd oğlu Məmmədovun qalıqları Ağstafa rayonunda dəfn olunub.

Trend-in xəbərinə görə, şəhid Əsəd Məmməd oğlu Məmmədovun bir qədər əvvəl kütləvi məzarlıqda tapılan qalıqları Ağstafanın Eynallı kəndinin qəbiristanlığında, yaxınlarının məzarlarının yanında torpağa tapşırılıb.

xxx

15:06

30 il əvvəl Füzuli rayonunda itkin düşən, bir qədər əvvəl kütləvi məzarlıqda qalıqları tapılan şəhid Əsəd Məmməd oğlu Məmmədovun qalıqları dəfn olunmaq üçün anadan olduğu Ağstafa rayonuna gətirilib.

Trend-in yerli bürosunun məlumatına görə, şəhidlə doğulduğu Eynallı kəndində vida mərasimi keçirilir. Mərasimə şəhidin ailə üzvləri, rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri qatılıb.

Vida mərasimindən sonra şəhid Eynallı kənd qəbiristanlığında yaxınlarının məzarlarının yanında dəfn ediləcək.

Qeyd edək ki, Məmmədov Əsəd Məmməd oğlu 1966-cı ildə Ağstafa rayonunun Eynallı kəndi anadan olub. O, Birinci Qarabağ müharibəsi dövründə, 1993-cü ilin iyul ayında Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti