...

Azərbaycan mobil internetin sürətinə görə 2 pillə irəliləyib

Gündəm Materials 18 Sentyabr 2023 09:49 (UTC +04:00)
Azərbaycan mobil internetin sürətinə görə 2 pillə irəliləyib
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin avqust ayında Azərbaycan sabit genişzolaqlı internetin median sürətinə görə 182 ölkə arasında 28,7 MB/S sürətlə 120-ci yerdə qərarlaşıb.

Trend “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bu, iyul ayı ilə müqayisədə 3 pillə geriləmədir.

Sabit genişzolaqlı internetin sürətinə görə birinci yeri Sinqapur (254,65 MB/S), sonuncu yeri isə Kuba (1,95 MB/S) tutub.

Məlumata görə, ölkəmiz avqustda mobil internetin sürətinə görə isə 145 ölkə arasında 42,94 MB/S sürətlə 54-cü yerdə qərarlaşıb. Bu isə iyula nisbətən 2 pillə irəliləmə deməkdir.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (210,89 MB/S), sonuncu - 145-ci yeri isə Kuba (4,34 MB/S) tutub.

Bundan başqa, avqustda Bakı şəhəri mobil internetin sürətinə görə sabit qalaraq 45,5 MB/S sürətlə 171 şəhər arasında 73-cü yerə sahiblik edib.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri 259,65 MB/S sürətlə Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhəri, sonuncu yeri isə 4,11 MB/S sürətlə Kubanın Havana şəhəri tutub.

Azərbaycan paytaxtı sabit genişzolaqlı internetin sürətinə görə isə 29,21 MB/S sürətlə 141-ci pillədə qərarlaşıb ki, bu da 3 pillə geriləmədir.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqində isə 193 şəhər rəqabət aparıb. Siyahıya BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhəri 280,24 MB/S sürətlə liderlik edib. Kubanın paytaxtı Havana şəhəri isə 1,88 MB/S sürətlə sonuncu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti