Bakı. Trend:
Bu gün Laçın sərhəd-buraxılış məntəqəsindən Xankəndi-Gorus istiqamətində Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus 9 nəqliyyat vasitəsinin, 28 nəfərin keçidi baş tutub.
Trend-in məlumatına görə, bu şəxslərdən 5-i BQXK üzvü, 9-u sürücü, 7-si xəstə, 6-sı müşayiətçi, 1-i tibb işçisi olub.
Bu bir daha göstərir ki, Ermənistanın uydurduğu kimi heç bir “blokada” yoxdur. Azərbaycan yüklərin çatdırılması üçün Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda istifadəsi təklifini irəli sürüb və təcrübəçi tərəfdaşlarla danışıqlarda bu təklifin həyata keçirilməsinə razılıq verib.