Bakı. Trend:
Bu günümüz üçün, Laçına qayıtdığımız üçün şəhid və qazilərimizə minnətdarıq.
Bunu Trend-ə açıqlamasında Laçın sakini Abbasova Şəlalə deyib.
"Şəhid anaları qarşısında əyirik, şəhidlər daim qəlbimizdə yaşayscaq ən əsası torpaqlarımızı işğaldan azad edən, öz doğma yurdumizda bizə şərait yaratdığı üçün Ali Baş Komandanımıza təşəkkür edirik", - deyə o qeyd edib.
Onun sözlərinə görə, özü Xankəndidə təhsil alıb. Dünən Ali Baş Komandanın Xankəndi səfəri və Xankəndini gördüyünə çox sevinib.
Qeyd edək ki, bu gün Laçına daha 25 ailə, 96 nəfər yola salınıb. Bununla da Laçın şəhərində 252 ailə, yəni 1052 nəfərin daimi məskunlaşması təmin edilib.