Bakı. Trend:
Azərbaycan və Ermənistan Ermənistanın ərazisi 29 800 kvadrat kilometr, Azərbaycanın ərazisi 86 600 kvadrat kilometr olmaqla bir-birilərinin ərazi bütövlüyünü qarşılıqlı tanıyıblar.
Trend xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə keçirilən 4-cü Beynəlxalq İpək Yolu Forumundakı çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan Almatı Bəyannaməsini imzalayan 12 ölkə arasında olublar və bu bəyanat imzalayan tərəflər kimi Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü, suverenliyini, o zaman mövcud olan sərhədlərinin, inzibati sərhədlərini toxunulmazlığını tanıyıb.
Paşinyan qeyd edib ki, bəyanatın imzalanmasından sonra Sovet İttifaqı respublikaları arasındakı inzibati sərhədlər dövlət sərhədlərinə çevrilib.
“Biz ümid edirik ki, bu prinsiplər əsasında qarşıdakı aylarda biz Azərbaycanla sülh və əlaqələrin bərpası razılaşmaları imzalayacağıq”, - Paşinyan deyib.